Dəməşqdaki su probleminin həlli üçün ilk addım atıldı

Suriyanın paytaxtı Dəməşqdaki su probleminin həlli üçün ilk addım atılıb

Dəməşqdaki su probleminin həlli üçün ilk addım atıldı

Suriyanın paytaxtı Dəməşqdaki su probleminin həlli üçün ilk addım atılıb.

Rəsmi Dəməşqin açıqlamasına əsasən, Barada vadisindəki 12 kəndin əhalisi Əsəd rejiminin təxliyyə təklifini qəbul edib.

Müxalifət qruplarından bəziləri Dəməşqə su təmin edən dəryaçaların olduğu Barada vadisini tərk etməyə başlayıb. Onların arasında 60-a yaxın müxalifət üzvünün də olduğu bildirilib.

Müxalifət qruplarından bəziləri isə təkidlə Barada vadisində qalacaqlarını açıqlayıblar.

Kəndlərdən bəzilərində isə şiddətli toqquşmaların olduğu bildirilib.

Dəməşq valisi razılaşmadan sonra rejim qüvvələrinin vadiyə girəcəyini və su sisteminin təmir işlərinə başlanılacağını açıqlayıb.

Qeyd edək ki, Barada vadisi paytaxt Dəməşqin su ilə təmin olunması üçün həyati əhəmiyyətə malikdir. Toqquşmalara görə dekabrın 22-dən bəridir Dəməşqə su verilə bilmir. BMT rəsmiləri yoluxucu xəstəliklərin yayılacağından narahatdır.

Bu arada Əsəd rejimi müxalifətin nəzarətindəki bölgələrə istiqamətli hava hücumlarını da davam etdirir.

Şərqi Guta, Cənubi Hələb və İdlibə edilən hücumlarda can itkisinin olduğuna dair xəbərlər yayılır.



Әlaqәli Xәbәrlәr