İKRR: Dialoq üçün qapılarımız açıqdır

İraq Kürd Regional Rəhbərliyi (İKRR) sentyabrın 25-də qanunsuz referendumdan sonra geri addım ataraq rəsmi Bağdad ilə görüşmək istədiyini açıqladı.

İKRR: Dialoq üçün qapılarımız açıqdır

İraq Kürd Regional Rəhbərliyi (İKRR) sentyabrın 25-də qanunsuz referendumdan sonra geri addım ataraq rəsmi Bağdad ilə görüşmək istədiyini açıqladı.

İKRR rəsmiləri Məsud Bərzaninin başçılığında bir araya gəlib.

Rəsmi Bağdadın atdığı addımlar nəticəsində küncə sıxışan İKRR yığıncaqdan sonra “dialoq üçün qapılarımız açıqdır” mesajı yaydı.

İKRR “Hava limanları, sərhəd-keçid məntəqələri və banklar barədə rəsmi Bağdad ilə görüşmək istəyirik”-deyə bəyanat yayıb.

Rəsmi Bağdad hava limanları və sərhəd-keçid məntəqələrinin təhvil verilməməsi halında hərbi əməliyyat olacağına dair bəyanat yaymışdı.

Daha əvvəl “ lazım gəlsə döyüşərik” deyən Ərbilin isə Bağdadın 50 min nəfərlik ordu ilə şimal istiqamətində irəlilədiyi iddialarından sonra dialoq üçün çağırış etməsi diqqətləri cəlb etmişdir.

Rəsmi Bağdad son olaraq Ərbilin ən önəmli maliyyə mənbəyi olan neft kəmərindən istifadə edilməməsi üçün alternativ kəməri işə daxil edəcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr