ABŞ İrana sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ İranın Suriyadakı nüfuzuna son qoymaq məqsədilə “sərt sanksiyalar” tətbiq etməyə hazırlaşır.

ABŞ İrana sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ İranın Suriyadakı nüfuzuna son qoymaq məqsədilə “sərt sanksiyalar” tətbiq etməyə hazırlaşır.

ABŞ dövlət katibinin Orta Şərq üzrə əlaqələrdən məsul müavini Devid Satterfild mövzuyla bağlı suala cavabən bildirib ki, Suriyadakı İranın təsirini yox etmək və ölkədən İranın dəstəklədiyi qüvvələri çıxarmaq məqsədilə sərt sanksiyalar tətbiq edilməsi planlaşdırılır.

Senatın Xarici Əlaqələr Komitəsinin suallarını cavablandıran Satterfild ölkəsinin Suriyadakı İran qüvvələrini necə çıxaracağına dair suala cavabən isə deyib ki, bu, bir sıra tədbirlərin nəticəsində mümkün olacaq. İlkin planda atılacaq addım isə ABŞ və müttəfiqlər tərəfindən fiziki vasitələrdən məhrum buraxma və İranın fəaliyyətlərinin maliyyələşdirilməsi sahəsində tətbiq ediləcək sərt sanksiyalar və tədbirlər olacaq.

Satterfild rəsmi Vaşinqtonun Suriya mövzusunda ayın axırında Rusiyanın Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq konqresinə “qarşılıq olaraq” BMT vasitəsilə hərəkət etmə niyyətində olduğunu da bildirib.

Satterfild “Biz ABŞ-ın və beynəlxalq ictimaiyyətin atdığı bütün addımlar mövzusunda BMT vasitəsilə, BMT Təhlükəsizlik Şurasının və 2254 nömrəli qərarın qanuniliyi üzərindən hərəkət etmək niyyətindəyik. Bunlar Soçiyə, Rusiyanın (həll prosesində) nəzarəti ələ keçirmə və özünün gündəmilə məhdud qalmağa yönəldilmiş təşəbbüslərinə bir cavabdır” ifadələrini işlədib.

“Rusiyanın davam etdirdiyi alternativ həll yolu prosesini qanuniləşdirə bilmərik və bunu etməyəcəyik” deyə ABŞ dövlət katibinin Orta Şərq üzrə əlaqələrdən məsul müavini Devid Satterfild vurğulayıb.



Әlaqәli Xәbәrlәr