İraq Türkmənlərindən "Zeytun Budağı" əməliyyatına dəstək

İraq Kürd Regional Rəhbərliyi İraq Türkmən Cəbhəsinin (ITC) Ərbil millətvəkili Aydın Maruf Türk Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində terror təşkilatlarına qarşı başladılan "Zeytun Budağı" əməliyyatlna tam dəstək verdiklərini bildirdi.

Maruf:"Bilirik ki, bu əməliyyat regionda yaşayan insanlara və kürd qardaşlarımıza qarşı deyil, Afrin bölgəsində yerləşən terror təşkilatlarına qarşıdır. Çünki orada olan silahlı qruplar həm Türkiyə, həm də region üçün böyük təhlükə yaradır. Bu səbəbdən əməliyyat zamanında aparılır" dedi.
 
 Maruf Suriyada olduğu kimi İraqda da terror qruplarının mövcud olduğunu və bu vəziyyətin regiona olduqca mənfi təsir etdiyini söylədi, bu növ  əməliyyatın İraqdakı terror yuvalarına qarşı da aparılmasının vacibliyini qeyd etdi.

Әlaqәli Xәbәrlәr