Gürcüstanın eks-prezidenti Saakaşvili Polşaya göndərildi

Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan, Ukrayna vətəndaşlığı ləğv edilən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Polşaya readmisiya edildiyini bildirib.

Gürcüstanın eks-prezidenti Saakaşvili Polşaya göndərildi

Sözçünün məlumatına görə Saakaşvili qanunsuz yollarla Ukraynaya daxil olduğuna görə gəldiyi ölkəyə qaytarılıb.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.



Әlaqәli Xәbәrlәr