Misirdə Ali Məhkəmənin qərarı ilə 299 müttəhəm terror siyahısından  çıxarılıb

Misir dövlət agentliyi MENA-nın məlumatına görə "terror təşkilatı DEAS" iddiasında məhkəmənin terrorist siyahısına daxil etdiyi 299 müttəhəmin vəkillərinin Ali məhkəməyə etirazlarına görə qərar ləğv edilib. Onlar terrorist siyahısından çıxarıldılar.

Misirdə Ali Məhkəmənin qərarı ilə 299 müttəhəm terror siyahısından  çıxarılıb

Ali Məhkəmə, şübhəlilərin başqa bir Cinayət Məhkəməsi və ya başqa bir ədalət orqanı tərəfindən yenidən mühakimə edilməmələrini də tələb edib.

Qahirədə Cinayət Məhkəməsi 1 iyun 2017-ci il tarixində 299 şübhəlinin terrorist siyahısına yerləşdirilməsinə dair qərar qəbul etmişdi. Onların vəkilləri isə 15 Avqustda qərardan etiraz məqsədiylə ali məhkəməyə müraciət etmişdilər.

Şübhəlilər, DEAS terror təşkilatının üzvü olmaq, Sina yarımadasına silahlı hücum təşkil etmək və sənədsiz silahlara sahib olmaqda ittiham edilirdilər.

 

 

 



Әlaqәli Xәbәrlәr