Moskva Kiyevə 2 nota göndərib

Rusiya mətbuatına açıqlama verən Q.Karasin deyib...

Moskva Kiyevə 2 nota göndərib

  Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin “RİA Novosti” informasiya agentliyinin Ukraynadakı baş redaktoru Kirill Vışinskinin nəzarətinə alınması ilə bağlı Moskvanın Kiyevə 2 nota göndərdiyini söyləyib.

  Rusiya mətbuatına açıqlama verən Q.Karasin deyib: “Kiyevə nəzarətlə bağlı 2 nota göndərilib. Bu vəziyyət bizi narahat edir.”

  Qeyd edək ki, Ukraynada “Sputnik” informasiya agentliyi də bağlıdır. Ölkənin Təhlükəsizlik Xidməti Kiyevdə “Rossiya Seqodnya” (“Россия Сегодня”) beynəlxalq informasiya agentliyi nəzdində fəaliyyət göstərən “RİA Novosti”nin Ukrayna ofisinə girərək axtarış aparıb, baş redaktor K.Vışinskini nəzarətə götürüb.

  Ukrayna Təhlükəsizlik Xidmətinin media sözçüsü Yelena Gitlyanska Rusiya mətbuat orqanlarının Ukraynaya qarşı hibrid informasiya müharibəsi aparmaq üçün orada fəaliyyət göstərdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr