Səudiyyə Ərəbistanı, Hizbullah səlahiyyətlilərini terror siyahısına daxil edib

Səudiyyə Ərəbistanı, Livan Hizbullahının Baş katibi Həsən Nasrallah və müavini Naim Qasim başda olmaqla 8 adamı və 2 təşkilati terroristlər siyahısına daxil edib.

Səudiyyə Ərəbistanı, Hizbullah səlahiyyətlilərini terror siyahısına daxil edib

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın Dövlət Təhlükəsizlik Başçılığına istinad etdiyi xəbərə görə, Hizbullahın qərar orqanı məclis Şurasının üzvləri Nəsrullah və Qasım ilə yanaşı, Məhəmməd Yezbek, Hüseyn Xəlil, İbrahim Əmin es-Seyyidi terror siyahısına daxil edilib. Məlumata görə qərar, terroru maliyyələşdirmə mərkəzinin həmsədri Amerika Birləşmiş Ştatları və üzv ölkələr olan Bəhreyn, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə qəbul edilib.

Açıqlamada vurğulanıb ki, Hizbullaha dəstək təmin edən Talal Hamiyyə, Əli Yusif Şerara və Hüseyn İbrahimi adlı 3 adam ilə Spectrum qrup və Mahir Ticarət Şirkəti də terror siyahısına əlavə olunub.

Hizbullahın "qlobal terror təşkilatı" olduğuna dair ittihamlar, təşkilatın silahlı və siyasi şobəsi üzvlərinin bu mövzu ilə əlaqəli fərqli addımlar atmadıqlarına diqqət çəkilən açıqlamada: "Hizbullah və dəstəkçisi İran", Suriyadakı hümanitar problemlərin həllini çətinləşdirmək, İraq və Yəməndə şiddəti artırmaq, Livan və vətəndaşlarının təhlükə ilə qarşı-qarşıya qalmalarına zəmin hazırlayan fəaliyyətlər aparmaq, məhz Yaxın Şərqin sabitliyinə zərbə endirməkdə ittiham edilir”.

Qeyd edək ki, ABŞ Xəzinə Nazirliyi də qısa müddət əvvəl Hizbullah baş katibi Nasrallaha qarşı sanksiyaları artırmaq, aralarında Naim Qasımin da olduğu 4 Hizbullah mənsubunu ilk dəfə sanksiya siyahısına daxil etdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr