Yaralanan Fələstinlilərdən 54-nün vəziyyəti ağırdır

Qəzza Zolağı sərhəddində etiraz nümayişi təşkil edən məsum Fələstinlilərə İsrailin sərt müdaxiləsi nəticəsində yaralananlardan 54-nün vəziyyətinin ağır olduğu bildirilir.

Yaralanan Fələstinlilərdən 54-nün vəziyyəti ağırdır

Fələstin İşğal cinayətlərini izləmə heyətinin rəhbəri İmad Əl-Baz, Qəzzadakı Şəfa Xəstəxanasında mətbuata verdiyi açıqlamada İsrailin Qəzza sərhədində nümayiş təşkil edən Fələstinlilərə istiqamətli həyata keçirdiyi hücumlar nəticəsində 3000 Fələstinlinin yaralandığını xatırladıb və bunlardan 54-nün vəziyyətinin xayli ağır olduğunu bildirib.

Yaralılardan 1359-nun güllə ilə vurulduğunu ifadə edən Əl-Baz bunların arasında 79 qadın, 255 uşaq, 20 jurnalist və 19 səhhiyə işçisinin olduğunu vurğulayıb. Fələstin dövlət Başçısı Mahmud Abbasa çağırış edib ki, İsrailin törətdiyi qırğın ilə əlaqəli Beynəlxalq Cinayət Məhkəməsi nəzdində iş qaldırılsın.



Әlaqәli Xәbәrlәr