İsrailin təhsil nazirindən amansız təklif

İsrailin Təhsil naziri Naftali Bennett qırıcıların bombalarının Qəzzadakı uşaqların üstünə atılmasını təklif etdi.

İsrailin təhsil nazirindən amansız təklif

İsrailin Təhsil naziri Naftali Bennett Təhlükəsizlik Kabinetinin Qəzzaya son hücumların müzakirə olunduğu iclasında çıxış edərək: "Heç bir hüquqi maneə yoxdur, nə üçün üstlərinə deyil, yanlarına atəş açırsınız?" dedi.
 
 İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə: "Mən uşaqlara və gənclərə atəş açılmasının doğru olduğunu düşünmürəm. Bəzən uşaqlar və gənclər şar və çərpələng uçururlar. Bombaların şarların, çərpələnglərin havaya buraxıldığı yerlərin üstünə atılmasını təklif edirsiniz?" deyə soruşdu.
 
 Bennett sözlərinin arxasında dayanaraq:"İsrail ordusu bunu etməlidir" dedi.
 
 Baş Qərargah rəisi:"Sizinlə bu mövzuda həmfikir deyiləm, çünki bu dedikləriniz iş və əxlaq anlayışına uyğun gəlmir", deyə münasibət bildirdi.



Әlaqәli Xәbәrlәr