Gürcüstan prezdentliyinə namizəd azərbaycanlılarla görüşüb

2018-ci ilin 28 oktyabrında Gürcüstanda 25 namizəd prezidentlik uğrunda mübarizə aparacaq.

Gürcüstan prezdentliyinə namizəd azərbaycanlılarla görüşüb

  10 oktyabr tarixində prezidentliyə müstəqil namizəd Salome Zurabişvili Marneuli (Borçalı) sakinləri ilə görüşərək çıxışı zamanı deyib:

  "Altı illik prezidentlik mandatı başa çatdıqdan sonra Marneuliyə gələcək və bizim ünsiyyət dilimiz gürcü dili olacaq. Gürcüstanda milli azlıqların öz doğma dillərini qorumaq hüquqları var, lakin dövlət dilini öyrənmək də vacibdir. Məsələn, mən 36 il Fransada yaşamışam, ancaq gürcü dilimi qoruyub-saxlamışam.

  Gürcü dilinin tədrisilə dövlət məşğul olmalıdır. Eyni zamanda, milli azlıqların dilini də qorumalıdır. Bu, ölkəmizin əsas gücü olan tolerantlıq və balansdır.”

  Qeyd edək ki, 2018-ci ilin 28 oktyabrında Gürcüstanda 25 namizəd prezidentlik uğrunda mübarizə aparacaq.



Әlaqәli Xәbәrlәr