İran parlamentində 18 millət vəkili istefa etdi

İran parlamentində 18 millət vəkili İsfahanın su təminatı layihələrinin gələn il üçün hazırlanan büdcə layihəsindən çıxarılması qərarına etiraz olaraq istefa veriblǝr.

İran parlamentində 18 millət vəkili istefa etdi

Bu barədə “Tasnim” mǝlumat yayıb. Bildirib ki, istefalarını açıqlayanlanın hamısı İsfahan millət vəkilləridir. Onlar istefa ǝrizǝlǝrini parlamentə təqdim ediblǝr.

 İsfahan Millət vəkili Nasir Musevi Larqani İranlı Tələbə İnformasiya Agentliyi İSNA-ya verdiyi müsahibǝsindǝ prezident Həsən Ruhaninin su probleminin hǝllinǝ dair İsfahan xalqına verdiyi vədlərǝ ǝmǝl etmǝdiyini deyib.

İsfahanda Zayǝndǝ çayının qurumasının qarşısını alacaq heç bir tǝdbir görülmǝdiyinǝ diqqǝt çǝkǝn deputat Larqaninin sözlǝrinǝ görǝ, bundan ǝvvǝl hǝyata keçirilmǝsi planlaşdırılan layihǝlǝr dǝ büdcǝdǝn çıxarılıb.



Әlaqәli Xәbәrlәr