• Video Qalereya

TRT Radio

Radio

Hər zaman ölkәmizә elmi və texnoloji proseslərin gec daxil olmasından şikayәtlәnirik. Halbuki, radio  sahəsindəki vəziyyət tam əksinədir. Türk cəmiyyətinin radio macərası 1927-ci il mayın 6-da başladı. 1964-cü il mayın 1-də isə TRT-nin yaradılması ilә daha da inkişaf etdi.  Bu gün TRT 5 milli, 5 regional, 3 yerli və 5 beynəlxalq radio kanalı vasitəsilə xəbər, məlumat, təhsil, mədəniyyət, musiqi, əyləncə məzmunlu səsini dövlət yayımcılığı məsuliyyəti,  tərəfsiz və qərəzsiz yayımçılıq anlayışı ilə düzgün və səlis Türk dilində  ölkənin hər yerinә, cəmiyyətin hər təbəqəsinə çatdırır.

 

TRT RADİO 1  Təhsil, mədəniyyət, xəbər… Biliyə, öyrənməyə ehtiyacı olan hər kəs üçün… Elm, incəsənət, ədəbiyyat, teatr, idman, ətraf mühit, iqtisadiyyat, maqazin. Bir sözlə, həyata dair hər şey… Doğru, qərəzsiz, operativ xəbərçilik… Türkiyənin hər bir yerində, peyk  və internet vasitәsilә bütün dünyada… TRT Radio 1  1927-ci ildәn bu günәdәk.  Radionuzun olduğu hər yerdə.

TRT FM Sirdaşınız, dostunuz, yol yoldaşınız… Canlı və dinamik yayımçılıq  anlayışı, musiqi  parçaları, ən çox dinlәnilənlər… Türkiyənin hər bir yerində, peyk  və internet vasitәsilә bütün dünyada…TRT FM Uzaqları yaxınlaşdıran radio

TRT RADYO 3 Elvis Presleyden Joan Baeze, Frank Sinatradan Tchaikowskyye, Mozarttan Sara Vaughanadәk  geniş  repertuarı ilә musiqinin әn  tanınmış nümunәlәri… Klassik və  müasir musiqinin sintezi… Türkiyənin hər bir yerində,  peyk  və internet vasitәsilә bütün dünyada…

TRT NAĞME  TRT arxivindən seçilmiş  əsərlər və yeni yazılar…  Xor ifaları, dinləyici istəkləri, canlı yayımlarla Türk Sənət Musiqisinin bənzərsiz nümunələri ... Türkiyənin hər bir yerində, peyk  və internet vasitәsilә bütün dünyada…  

TRT TÜRKÜ   Nәğmələr, uzun havalar, ağılar… Yurddan səslər, xalq ozanları, həvəskar qruplar… Ustadlardan şagirdlәrә  uzanan köklü irs… Türkiyənin hər bir yerində, peyk  və internet vasitәsilә bütün dünyada…

TRT MEMLEKETİM FM  Həyatın gülüş bәxş edәn  anları, uğur hekayələri, ölkəmizin dəyərləri, dünyanın dörd bir tərəfində biz vә musiqi… Gənclər və gənc qalanlar üçün musiqi və söhbət  TRT Memleketim FM-dә … TRT Memleketim FM  internet, peyk və kabel vasitәsi ilә  həftə içi hər gün Türkiyә vaxtı ilә 09.00-18.00  saatları arasında yayımdadır.. Sevdiyiniz nəğməni dinləmək, mahnını  sevdiyinizə hədiyyə etmək, və ya hisslərinizi, fikirlərinizi bölüşmək istəyirsinizsə, Türkiyənin şən səsi TRT Memleketim FM hәr zaman yanınızdadır…

TRT TSR   Xaricdə yaşayan vətəndaş və soydaşlar üçün 24 saat efirdәdir… Müxtəlif daxili və xarici məsələlərdə Türkiyənin mövqeyini əks etdirən, ölkəmizin təbliğinə töhfə verən "Türkiyənin Səsi Radiosu" (TSR) bu gün 37  dildə efirdәdir.

TRT ANTALYA RADYOSU 1962-ci ildәn bu günədәk…  Aralıq dənizinin rәnglәri, musiqisi, mədəniyyəti və ənənələri həftə içi 10.00-12.00, həftəsonu 10.00-12.30 saatları arasında  regional yayımla  Aralıq dənizində, 13.00-dan  etibarən bir saat müddətlə TRT Türkü radio kanalında, Türkiyədə və dünyada…

TRT ÇUKUROVA RADYOSU 1968-ci ildən dәn bu günədәk…  Toroslardakı həyatın  qoxusu, , әnәnəsi, dəyərləri… Həftə içi 10.00-12.00, həftə sonu 10.00-12.30 saatları arasında  regional yayımla Çukurovada, saat 16.00-dan etibarən bir saat ərzində TRT Türkü radio  kanalında, Türkiyədə və dünyada…

TRT GAP DİYARBAKIR RADYOSU 1964-cü ildәn bu günәdәk…  Cənub-şərqi Anadolu mədəniyyəti, bölgәnin  səsi, folkloru… Həftə içi 10.00-12.00, həftə sonu 10.00-12.30 saatları arasında  regional yayımla  GAP zonasında, saat 15.00-dan etibarәn  bir saat ərzində  TRT Türkü radio kanalında, Türkiyədə və dünyada…

TRT TRABZON RADYOSU 1968-ci ildәn bu günәdәk…  Yaşılı vә mavisi ilә, tulumu, vә kamançası ilә  Qara dəniz…  Həftə içi 10.00-12.00, həftə sonu 10.00-12.30 saatları arasında  regional yayımla  Qara dənizdə, saat 14.00-dan etibarən bir saat ərzində TRT Türkü radio  kanalında, Türkiyədə və dünyada…

TRT ERZURUM RADYOSU  1960-cı ildәn bu günәdәk… Türkülәri,  folkloru ilә  Şərqi Anadolu…Həftə içi 10.00-12.00, həftəsonu 10.00-12.30 saatları arasında  regional yayımla  Şərqi Anadoluda, saat 17.00-dan etibarən bir saat müddəti ilə TRT Türkü radio  kanalında, Türkiyədə və dünyada…

 

TRT KENT RADYO ANKARA Şəhərə dair hər şey… Şəhərdən xəbərdar olmaq üçün şәhәr hәyatının ritmini tutun…  TRT Kent Radyo Ankara 105.6 FM-dә  Ankarada.

TRT KENT RADYO İSTANBUL Şəhərə dair hər şey… Şəhərdən xəbərdar olmaq üçün şәhәr hәyatının ritmini tutun…  TRT Kent Radyo İstanbul  106.6  FM-dә İstanbulda.

TRT KENT RADYO İZMİR Şәhәrә dair hәr şey… Şәhәrdәn xәbәrdar olmaq üçün  şәhәr hәyatının ritmini tutun… TRT Kent Radyo İzmir 99.1 FM-dә İzmirdә.

TRT RADYO KURDΠ Ölkəmizin birlik və bütövlüyünə töhfə vermək məqsədi güdən, müasir yayım anlayışı ilə hər yaşdakı dinləyiciyə xitab edən kürd dilində radio kanalı…… 1 may 2009-cu ildə yayıma başlayan RADYO 6  səsini cənub-qərbi Anadolu bölgəsinə çatdırır. Bölgə xalqı ilə dövlət arasındaki bağı gücləndirir, Türkiyənin Beynəlxalq əlaqələrinə müsbət təsir edir.

 

TRT RADYO HABER  Ölkənin hər kəsiminə xitab edən xəbər proqramı, hava durumu, yolların vəziyyəti, mədəniyyət və incəsənət sahəsinə aid fəaliyyətlər… Dürüst, qərəzsiz, sürətli xəbər yayımı.