TRT Televiziya

Televiziya

          Çox saylı  milli və region televiziya kanalının mövcud olduğu yayım mühitində Türkiyə və dünyaya doğru və qərəzsiz xəbərlər təqdim edən TRT sənədli və bədii filmləri, təhsil, mədəniyyət, idman, musiqi və əyləncə verilişləri ilə Anadolunun 99%-də və sərhədin o biri tərəfində hər yaş qrupundan olan tamaşaçıya xitab edir.
         TRT yayımlarının məqsədi fərqli ixtisas və mədəniyyətlərə aid, hər yaşda və hər təhsil səviyyəsində olan tamaşaçılara doğru və qərəzsiz xəbərləri operativ şəkildə və başa düşülən dillə çatdırmaq, təhsil və mədəniyyətin inkişafına töhfə vermək,  əyləndirərkən maarifləndirmək və milli mədəniyyətin bütünlüyünü təmin etməkdir.

 

TRT-1   Türkiyənin ən çox izlənilən ailə kanalı TRT-1 mədəniyyət, bədii, musiqi, əyləncə, idman və xəbər verilişləri ilə bütün Türkiyəyə xitab edir.   TRT-1 99,9%  əhatə sahəsi ilə Türkiyənin hər yerindədir və internet vasitəsilə bütün dünyadadır.

TRT-WORLD       İngilis dilli xəbər kanalı TRT WORLD  cəsarətli, innovativ  və insana mərkəzləşmiş yanaşması ilə  beynəlxalq xəbər yayımında özünəməxsus yer tutur.

TRT-HABER       Gündəm xəbərlərinin, siyasətin, analizin, müzakirələrin, idmanin, sənədli filmin, mədəniyyət və sənətin yeni nəfəsi TRT HABER doğru və qərəzsiz verilişləri ilə həyatın bütün rənglərini ekranlarınızda əks etdirir. Siz də doğru xəbər alma haqqınızdan istifadə edin. Xəbərin efiri TRT HABER hər yerdədir….

TRT SPOR        2010-cu ilin avqust ayında yayıma başlayan TRT SPOR milli və beynəlxalq səviyyədəki bütün idman yarışlarını ekranlarınıza gətirir, idmanın hər növünə əhəmiyyət verir.

TRT-AVAZ        2009-cu ilin martında yayıma başlayan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Bosniya və Herseqovina olamaqla, Uzaq Şərqdən Balkanlara qədər uzanan coğrafiyaya sahib olan Türk dünyasının 8 ölkəsinin 8 dilində verilişlər təqdim edən TRT-AVAZ Türkiyə ilə digər Türk Respublikaları arasında dil və düşüncə birliyi yaradır. Bir sıra Türk dillərində “səs” mənasını verən AVAZ Türk Respublikalarının ortaq səsi olaraq, Orta Şərqdən Qafqazadək 27 ölkə və 13 muxtar respublikanın təxminən 250 milyon əhalisinə xitab edir.

​​​​​​​

TRT-ÇOCUK        Müasir Türk uşaqlarının animasiyadan musiqiyə, xəbərdən idmanadək bütün tələbatlarına cavab verən TRT-ÇOCUK-un məqsədi fiziki, zehni, ruhi və əxlaqi baxımdan sağlam nəsillərin yetişdirilməsinə töhfə verməkdir. Bəşəri pedaqoji normalar çərçivəsində keyfiyyətli, müasir və məsuliyyətli yayımçılıq anlayışı ilə uşaqların inkişafında dəstəkləyici və yol göstərici rol oynayan  kanalın hədəfləri Türk dilini və mədəniyyətini doğru tanıtmaq, uşaqları oyun və əyləncə vasitəsilə maarifləndirməkdir.

​​​​​​​

TRT-BELGESEL         Türkiyəni ingilis, alman, fransız, rus və Türk dilindən ibarət beş fərqli dildə dünyaya tanıdan TRT BRELGESEL tarix, cəmiyyət, təbiət, ətraf mühit, idman, mədəniyyət və incəsənət, elm, texnologiya sahələrinə aid sənədli verilişlər hazırlayır. Keçmişi gələcəyə daşıyan və təbiətin izini təqib edən kanal 17 oktyabr 2009-cu ildən etibarən fəaliyyət göstərir.

​​​​​​​

TRT-MÜZİK          Türkiyənin və dünyanın musiqisinin bir araya gəldiyi TRT-MÜZİK kanalı müsabiqə proqramları, musiqili- sənədli filmlər, konsertlər, nəsillərə xitab edən verilişlər, “Top 10-lar” və canlı verilişlər təqdim edir. 16 noyabr 2009-cu ildə fəaliyyətə başlayan kanal Türk Xalq və Sənət Musiqisinə daha çox yer verməklə yanaşı, yerli və xarici musiqini səsləndirərək Türkiyənin və dünyanın musiqisini TRT özünəməxsusluğu ilə ekranlarda əks etdirir.

​​​​​​​

TRT-EL ARABIA        Türkiyənin beynəlxalq və region ölkələri ilə olan əlaqələrinə müsbət töhfələr vermək məqsədi ilə yaradılan TRT-EL ARABIA Türkiyə və ərəb dünyasının ortaq dili, ortaq ekranı, ortaq hissi olmağı hədəfləyərək hər yaşda olan tamaşaçıya xitab edir. Kanal uşaq, gənclik, qadın, sağlamlıq, iqtisadiyyat, idman, musiqi, xəbər, mədəniyyət və incəsənt, din və əxlaq, əyləncə verilişlərindən, bədii və sənədli filmlərdən  ibarət zəngin məzmunu ilə 2010- cu ilin aprelində yayıma başladı. 22 ərəb ölkəsini və ərəb dilində danışanları nəzərdə tutan kanal 350 milyon əhalisi olan ərəb ölkələri ilə Türkiyə arasında bağların gücləndirilməsinə xidmət edir.

​​​​​​​

TRT-DİYANET       TRT və Dəyanət İşləri İdarəsi tərəfindən 2012-ci ildə yaradılan Diyanet TV bir müddət TRT Anadolu kanalı ilə növbəli yayımdan sonra 2012-ci ilin Ramazan ayında 24 saat fasiləsiz yayıma keçən mədəniyyət kanalıdır.

​​​​​​​

TRT-TÜRK       Dünyaya əsasən Türk dilində verilişlər təqdim edən TRT-TÜRK   Türkiyə ilə Türk insanını tanıdan  proqramları ilə xəbər, mədəniyyət və incəsənət verilişləri ilə xaricdə yaşayan vətəndaş və soydaşların Türkiyə və Türk mədəniyyəti ilə qopmayan bağı, problemlərinin dəstəyi, kədər və sevinclərinin ortağıdır

​​​​​​​

TRT-KURDΠ      TRT kürd dilində yayımlanan TRT-KURDΠkanalı ilə Türkiyənin dünya və region ölkələri ilə əlaqələrinə müsbət töhfələr verir. Türkiyənin birlik və bütövlüyünü əsas tutan, hər yaşda olan tamaşaçıya xitab edən bu  ailə kanalı 2009-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərir.

​​​​​​​​​​​​​​

TRT OKUL       2011-ci ildə yayıma başlayan TRT Okul Anadolu Universitetinin hazırladığı dərs proqramları və maarifləndirici verilişlər ilə yanaşı, TRT-nin hazırladığı müxtəlif yaş qruplarına aid mədəniyyət və maarifləndirici proqramlar, gənclərə aid rəngarəng verilişlər təqdim edir.

​​​​​​​

TRT 3      Parlamentin fəaliyyətini işıqlandıran TBMM TV və TRT Spor  TRT 3 ekranında müəyyən saatlarda yayımlanır.