Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

Rusiya informasiya agentliyi Sputnik: “Prezidentin sözçüsü İbrahim Kalın İraqda baş verən zəlzələ ilə əlaqəli sosial media hesabı Twitterdan bölüşdüyü açıqlamasında: “İraqda qeydə alınan zəlzələ fəlakətindən sonra fövqəladə hallar, Qırmızı aypara cəmiyyəti və digər axtarma və xilas etmə təşkilatlarımız bölgəyə dava-dərman, ədyal, humanitar yardım çatdırmaq üzrə işlərə başlayıb”.

ABŞ-ın CNN Beynəlxalq xəbər kanalının “Baş nazir Yıldırımdan ABŞ-a 11 cavab” başlığı ilə çatdırdığı xəbərdə: Baş nazir Binali Yıldırım, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Amerika CNN televiziya kanalına verdiyi müsahibəsində, Fətullahçi Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (feto / PDY)-nin quldur başçısı Fətullah Gülən ilə əlaqədar dəlillərin Vaşinqton tərəfindən qənaətbəxş olmadığının irəli sürülməsi ilə əlaqəli suala, Türkiyə 11 Sentyabr hücumundan sonra ABŞ_na yardım təklif edən ilk ölkə oldu və həmin hadisədən sonra heç bir ölkə ABŞ-dan terror hadisəsini El-Qaidənin törətdiyinə dair dəlil tələb etmədi, deyə cavab verib.

ABŞ,Türk Amerika Veb Saytı: “Çavuşoğlu, Türkiyə ilə Çin arasında güçlü strateji ortaqlıq olduğunu vurğulayıb”.

Türkiyənin Xarici işlər naziri Mevllüt Çavuşoğlu, Çin Xəbər Agentliyi Şinhuaya müsahibəsində, Türkiyə və Çin arasındakı əlaqələrin son illərdə sürətlə gücləndiyini ifadə edərək, iki ölkə arasındakı strateji əməkdaşlığın güçlü olduğunu, sənaye və ticarət sahəsindəki əlaqələri də irəli pillələrə qaldırmaq üçün lazımlı addımların atıldığını qeyd edib.

ABŞ-nın CNN Beynəlxalq xəbər kanalı: Türk əkiz bacıların layihəsi Böyük Britaniyada münsif heyəti tərəfindən dəyərləndiriləcək.

Əkiz bacılar Yağmur və Yaprak Sürməli tərəfindən ölən itlərinin xatirəsinə əhli pişik və itlərin ayaq və tualet təmizliyi üçün inkişaf etdirdikləri cihaz Beynəlxalq Pet Sənaye Federasiyası tərəfindən 28 Noyabrda Böyük Britaniyada təşkil ediləcək ‘Pet Industry Awards 2017’ layihə müsabiqəsində innovasiya nominasiyasında yarışacaq.

 

 



Әlaqәli Xәbәrlәr