• Video Qalereya

Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Hindistan Kohraam veriliş orqanı: Prezident Rəcəb Tayyib Ərdoğanın 24 iyunda keçirilən seçkidə əldə etdiyi qalibiyyət, İslam dünyasının güclənməsinə töhfə verəcək.

Almaniya DW: Türkiyənin Şanlıurfa şəhərindəki Göbəktəpə kurqanı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)-nun Dünya irs siyahısına daxil edilib.

Krım informasiya agentliyi QHA: Türkiyə - Ukrayna Müdafiə Sənayesi Əməkdaşlığı konfransı Ankarada keçirilib.

 CNN Xaber Kanalı: Türkiyənin Amerika Birləşmiş Ştatları (ABŞ) dan aldığı F-35-ləri istifadə edəcək 13 pilot və 325 işçi Arizona əyalətindəki Luke Hava Bazasında kurs keçirlər. Telekanalın başqa bir xəbərində isə Türk hava yolları şirkəti Avropa İttifaqı Aviaşirkətlərindən daha 3 qat etibarlıdır.

Rusiya Sputnik Veb Saytı: Prezident Rəcəb Tayyib Ərdoğan 24 İyunda keçirilən seçkilərdən sonra ilk səfərini 10 İyulda Şimali Kipr Türk Respublikası və Azərbaycan Respublikasına reallaşdıracaq.

CNN veriliş orqanı: İraq, separatçı terror təşkilatı PKK ilə mübarizə mövzusunda Türkiyə ilə əməkdaşlıq etməkdə hazır olduğunu bildirib.

Rusiya Sputnik İnternet Saytı: Pakistan Dəniz Qüvvələrinin satın almaq istədiyi 4 korvet ilə əlaqali tenteri Türkiyə qazanıb.

ABŞ CNN Beynəlxalq Xaber Kanalı: Turizmçilərin üzü gülür. Türkiyəyə turist axışır. Otellərdə 100 faiz doluluq var.

 



Әlaqәli Xәbәrlәr