Tramp mizacına uyğun olaraq yenə bürokratiya və siyasətdən kənar danışdı

ABŞ prezidenti seçilmiş Donald Tramp təşkil etdiyi mətbuat konfransında düşüncələrini açıq-aşkar dilə gətirdi.

Tramp mizacına uyğun olaraq yenə bürokratiya və siyasətdən kənar danışdı

ABŞ prezidenti seçilmiş Donald Tramp təşkil etdiyi mətbuat konfransında düşüncələrini açıq-aşkar dilə gətirib.

Trampın Rusiyanın ölkəsindəki seçkilərə müdaxiləsi ilə əlaqəli sözlərinin başlanışı yeni deyildi, amma davamı maraqlı idi.

Rusiyanın ABŞ-ın prezident seçkilərində kiber hücumu ilə müdaxiləsinin olduğunu ancaq seçki nəticəsində təsirinin olmadığını bildirən Tramp deyib ki, əsl Çin və digər  ölkələrdən gələn kiber hücumlara nəzər salınmalıdır, mənim dövrümdə bu ölkələrin hamısı ABŞ-na hörmət göstərəcəktir.

Tramp jurnalistlərin ümumilikdə Rusiya ilə əlaqələrə dair sual verməsi qarşısında bildirib ki, rus iş dünyası ilə artıq razılaşmam yoxdur.

Trampın Rusiyanın onunla əlaqəli məxfi sənədlərə sahib olduğu barədəki xəbərləri ilə Konqresdə mübahisələrə səbəb olan “CNN” müxbiri ilə arasındakı dialoq salonda gərginliyi artırıb.

Tramp həm müxbirin sual verməsinə icazə verməyib həm də onu saxta mübxir olmaqda günahlandırıb.

Xarici siyasət barədə ABŞ-ın cənubdakı qonşusu olan Meksika ilə əlaqəli açıqlama verən Tramp bildirib ki, Meksika sərhədinə divarı yaxın zamanda tikəcəyik. Bu ölkənin hökuməti ilə görüş keçirib bu məsələni uzatmaq istəmirəm. Divarın tikilməsi üçün xərclənəcək pulu isə Meksiya ödəyəcək.

Trampın daxili siyasətdə diqqət mərkəzində səhiyyə sistemi ilə Obama hakimiyyəti olub.

Tramp “Obacare” sistemini tamamilə fəlakət olaraq dəyərləndirib və bu sahədə islahatların olacağını vurğulayıb.

Trampın təşkil etdiyi mətbuat konfransı qeyri-adi hallara da səhnə olmuşdur.

Konfrans zamanı bir müddət üçün Trampın vəkili Şeri Dillon kürsüyə gələrək, onun şirkətləri ilə əlaqəsini kəsdiyini söyləyib və “heç kəs Tramp şirkətlər qrupunun bağlanılmasını gözləməsin” deyə sözlərinə əlavə edib.

Tramp mətbuat konfransı zamanı biznesi üzərində nəzarəti iki oğluna - kiçik Donald və Erike həvalə etdiyini bildirib.

O bunu maraqların toqquşmasından yayınmaq üçün etdiyini deyib.

"Don və Erik bizneslə məşğul olacaq. Onlar kömək üçün mənə müraciət etmək niyyətində deyillər", - deyə Tramp əlavə edib.

Mövzular və sualların dərinləşdiyi bir zamanda Tramp “bu qədər kifayətdir” deyərək mətbuat konfransını başa çatdırıb.



Әlaqәli Xәbәrlәr