Almaniyada parlament seçkiləri

Almaniyada xalq sentyabrın 24-ündə yeni federal məclis (Bundestag) üzvlərini seçmək seçki məntəqələrinə üz tutacaq.

Almaniyada parlament seçkiləri

  Almaniyada 61,5 milyon seçici 299 seçki bölgəsində yeni məclisin 598 üzvünü təyin etmək üçün iki səs verəcəklər: birincisi, seçicilər öz ərazilərində milli məclis üzvü, ikincisi isə seçdikləri partiya üçün. 16 əyalətdə 73.500 seçki məntəqəsi qurulub. Ölkədə 42 partiyanın yarışacağı seçkidə 4828 namizəd iştirak edir ki, bunların 92-si türk mənşəlidir. Seçkilərdə türkiyəli 720 min seçici səs verəcək.

  İkinci Dünya müharibəsindən sonra ilk dəfə irqçi ideologiyaya malik bir partiyanın Bundestaqda təmsil ediləcəyi Almaniya ictimaiyyətdə ciddi narahatlıq yaradır. İNSA şirkətinin Almaniyanın “Bild” qəzeti üçün keçirdiyi sorğuya görə, Xristian Demokrat Birlik Partiyası (CDU) 34, Sosial Demokrat Partiyası 21, həddindən artıq sağçı Almaniya üçün Alternativ Partiyası 13, Sol Partiya 11, Azad Demokratlar Partiyası (FDP) 9, Yaşıllar Partiyası üçün 8 faiz səs verilməsi gözlənilir.

  Paytaxt Berlində türklərin sıx yaşadığı Kroysberq-Fridrixsxayn (Kreuzberg-Friedrichshain) qəsəbəsində Yaşıllar Partiyasından seçkidə birbaşa namizəd Canan Bayramdır. O seçicilərinə: “Türk soylu bir namizədin Almaniyada söz sahibi olmasını istəyən türklər mütləq seçkilərdə iştirak etməlidir”, - deyib.



Әlaqәli Xәbәrlәr