Yәmәnin baş nazirinә sui-qәsd edilib

Bu barәdә Yәmәnin rәsmi xәbәr ağentliyi SABA mәlumat yayıb.

Yәmәnin baş nazirinә sui-qәsd edilib

Yәmәn baş naziri Әhmәd bin Dağra sui-qәsd edilib.

Bu barәdә Yәmәnin rәsmi xәbәr ağentliyi SABA mәlumat yayıb.

Mәlumata görә, hadisә ölkәnin cәnubunda yerlәşәn Lahic şәhәrindә baş verib. Mәlumatda namәlum şәxslәrin baş nazir Әhmәd bin Dağrın konvoyuna atәş açdıqdan sonra qaçdığı bildirilir.

Xәbәrdә Әhmәd bin Dağrın vәziyyәtinin yaxşı olduğu vurğulanıb.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti hәlә ki öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr