"ABŞ Şimali Koreyaya böhtanlar atır..." Ya Sonq Nam

Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatı üzrə daimi nümayəndəsi Ya Sonq Nam (Ja Song Nam) Amerika Birləşmiş Ştatlarının Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlərin nüvə müharibə təhdidini artırdığı xəbərdarlığını edib.

"ABŞ Şimali Koreyaya böhtanlar atır..." Ya Sonq Nam

  Ya Sonq Nam BMT Baş katibi Antonio Quterrese bu mövzuda məktub göndərərək ABŞ-ın soyuq müharibə dövründəki nüvə qabiliyyətli B-52 strateji bombardman təyyarələrini yenidən hərəkətə keçirdiyini, Cənubi Koreya ilə birgə təlimlərin nüvə müharibə təhdidini artırdığı bildirib.

  Şimali Koreyanın BMT-yə ünvanladığı bu məktubda yazılır: “ABŞ ara vermədən il boyu nüvə döyüş təlimləri keçirir, Şimali Koreyaya böhtanlar atır, seçdiyi yolun doğru olduğunu sübut etməyə çalışır və sona qədər bu yolda davam edəcəyilə hədələyir.”

  Qeyd edək ki, Koreya yarımadası ətrafında başlayan ABŞ – Cənubi Koreya hərbi manevrlərində Cənubi Koreyadan 7 donanma gəmisi, ABŞ-dan  “USS Nimitz”, “USS Teodor Ruzvelt”, “USS Ronald Reyqan” adlı üç təyyarə və 11 döyüş gəmisi var, təlimlər 14 noyabra qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr