İşğal altındakı Şərqi Qüdsdə etiraz aksiyaları keçirilir

İşğal altındakı Şərqi Qüdsdə ABŞ prezidenti Donlad Trampın qərarına qarşı etiraz aksiyaları keçirilir.

İşğal altındakı Şərqi Qüdsdə etiraz aksiyaları keçirilir

İşğal altındakı Şərqi Qüdsdə ABŞ prezidenti Donlad Trampın qərarına qarşı etiraz aksiyaları keçirilir.

Şərqi Qüdsün Tarixi Şəhər bölgəsinin ana giriş məntəqələrindən Şam qapısında bir araya gələn fələstinlilər Trampın Qüdsü İsrailin paytaxt şəhər elan etməsinə etirazlarını bildirirlər.

“Qüdsə canımız, qanımız fəda olsun” şəklində şüarlar səsləndirən fələstinlilərə İsrail polisi müdaxilə edir.  

Qüdsün küçələrində yaşanan gərgin vəziyyət davam edir.

Atlı və piyadalardan ibarət onlarla İsrail polis əməkdaşı işğal altındakı Şərqi Qüdsün kritik nöqtələrində yerləşib.

Digər tərəfdən İordan çayının qərb sahilinin müxtəlif yerlərində də etiraz aksiyaları keçirilir.

İsrail əsgərləri Əl Xəlildəki nümayişçilərə də müdaxilə edir.

Şahidlərin məlumatına görə, göz yaşardıcı bomba, gerçək və plastik mərmilərdən istifadə edən İsrail əsgərlərinə fələstinlilər daşlarla cavab verir.  

Beytüllahim və Ramallahda da İsrail qüvvələri aksiyaçılara müdaxilə edir.



Әlaqәli Xәbәrlәr