ABŞ Müdafiə naziri Tillersonun vəzifədən azad olunması ilə bağlı fikir bildirdi

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Ceyms Mattis yaxın iş yoldaşı, dövlət katibi Reks Tillersonun prezident Donald Trump tərəfindən vəzifəsindən uzaqlaşdırılmasının dünya üçün bir əhəmiyyət kəsb etmədiyini söylədi.

ABŞ Müdafiə naziri Tillersonun vəzifədən azad olunması ilə bağlı fikir bildirdi

Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Ceyms Mattis Əfqanıstan və Bəhreyn səfərlərindən Vaşinqtona qayıtdıqdan sonra Reks Tillersonun vəzifəsindən azad edilməsi ilə bağlı jurnalistlərin sualları ilə qarşılaşdı.
 
 Mattis: "Bu, dünyanın bir çox regionu üçün  bir Vaşinqton D.C (District of Columbia) hekayəsindən başqa bir şey deyil" dedi.
 
 Xaricdə Tillerson məsələsinin heç açılmadığını qeyd edən Mattis:" Bu məsələni gündəmə gətirən yalnız sizsiniz (media mənsubları) və nə üçün soruşduğunuzu anlayıram" deyə əlavə etdi.



Әlaqәli Xәbәrlәr