Təxirə salınan toplantının martın 21-də keçirilməsi planlaşdırılır

Türkiyə ilə ABŞ-ın Suriya ilə əlaqəli toplantısının martın 21-də keçirilməsi planlaşdırılır.

Təxirə salınan toplantının martın 21-də keçirilməsi planlaşdırılır

Türkiyə ilə ABŞ-ın Suriya ilə əlaqəli toplantısının martın 21-də keçirilməsi planlaşdırılır.

ABŞ-ın Dövlət katibi Reks Tillersonun vəzifəsindən azad edilməsindən sonra Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə martın 19-a planlaşdırılan toplantının martın 21-də yüksək səviyyəli Türk və Amerikalı səlahiyyətlilər arasında keçirilməsinin planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, iki ölkə arasında qurulan üç texnikə komitədən biri  olan Suriya komitəsinin ilk yığıncağının keçən həftə tamamlanmasından sonra iki ölkənin xarici işlər üzrə rəhbərlərinin martın 19-da Vaşinqtonda bir araya gələcəyi gözlənilirdi.

Diplomatik mənbələr Tillersonun vəzifədən azad edilməsindən sonra Xarici İşlər naziri Çavuşoğlunun martın 19-da ABŞ-a olan səfərinin təxirə salındığını açıqlamışdı.

Mövzuyla əlaqəli “Anadolu” xəbər agentiliyi müxbirinə açıqlama verən yüksək səviyyəli ABŞ səlahiyyətlisi isə nazirlər səviyyəsində olmasa da martın 21-də Türk və Amerikalı səlahiyyətlilər arasında Suriya mövzulu yığıncağın keçirilməsinin planlaşdırıldığını söyləyib.  



Әlaqәli Xәbәrlәr