Bəşər Əsədə verilən dövlət nişanı geri alınır

Fransa hökuməti, Suriya Dövlət Başçısı Bəşər Əsədə verdikləri Legion d'Honneur dövlət nişanını geri alır.

Bəşər Əsədə verilən dövlət nişanı geri alınır

Elysee Sarayı, 2001-ci ildə keçmiş Fransa prezidenti Jak Şirak tərəfindən Bəşər Əsədə verilən dövlət nişanın geri alınması üçün lazımlı prosesi başladıb.

Keçmiş prezident Şirak 2000-ci ildə, atası Hafiz Əsədin diktatura rejimindən sonra Suriyada islahatlar həyata keçirəcəyinə dair vədlərlə prezident olan Bəşər Əsədi dövlət nişanı ilə təltif etmişdi. Ölkə ənənələrinə görə verilən bu nişan ancaq yenə prezident tərəfindən geri alına bilər.

 



Әlaqәli Xәbәrlәr