Pentaqon fonddan Suriyadakı terror təşkilatı PYD/PKK üçün  silah-sursat istəyib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu ilə aid büdcəsində Suriyadakı terror təşkilatı PYD/PKK -nın da daxil olduğu 60-65 min nəfərlik qrupa silah-sursat istədiyi ortaya çıxıb.

Pentaqon fonddan Suriyadakı terror təşkilatı PYD/PKK üçün  silah-sursat istəyib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu ilə aid büdcəsində Suriyadakı terror təşkilatı PYD/PKK -nın da daxil olduğu 60-65 min nəfərlik qrupa silah-sursat istədiyi ortaya çıxıb.

“Anadolu”  xəbər agentliyi ABŞ-ın 2019 Maliyyə ili müdafiə büdcəsi çərçivəsində “müharibə fondu” kimi də məlum olan Dənizaşırı Möhtəməl Əməliyyatlara ayrılan büdcənin təfərruatlarını əhatə edən sənədlə əlaqəli məlumat əldə edib.

“2019 Maliyyə ili dənizaşırı möhtəməl əməliyyatlar: DEAŞ əleyhinə təlim- təchizat fondu səbəbləri” başlıqlı sənəddə ABŞ rəhbərliyinin Suriyada 30 mini Orta Fərat vadisində davam edən toqquşmalarda, 35 mini isə DEAŞ-dan ələ keçirilən bölgələrdə daxili təhlükəsizliyi təmin etmək üzrə cəmi 60-65 min olan qrup üçün silah-sursat və ekipaj istədiyi qeyd olunub.  

Sənəddə bildirilib: “2019 maliyyə ili büdcəsindən DEAŞ-ın daha əvvəl nəzarət etdiyi əraziləri xilas etmək, təhlükəsizliyi təmin etmək və müdafiə etmək üçün 65 mindən nəfərdən ibarət ortaq qüvvənin ehtiyaclarının ödənilməsi üçün pul tələb edilir”.

Həmin sənəddə 300 milyon dollarlıq büdcənin 162, 6 milyon dollarının silah-sursat və digər avadanlıqlar üçün ayrıldığı diqqət çəkdikdə, 8 milyon dollarının ərzaq və digər ehtiyaclar, 29 milyon dollarının nəqliyyat və yerləşdirmə ehtiyacları və 101,5 milyon dollarının isə əməliyyaatlara dəstək məqsədilə istəndiyi yer tutub.

Silahlar üçün 47 milyon dollar istəndikdə, bu silahlar üçün 24 milyon dollar silah-sursat, İraq və Suriyada sərhəd təhlükəsizliyi üçün isə 250 milyon dollar ayrıldığı diqqət çəkib.  



Әlaqәli Xәbәrlәr