"Tramp bir tacirdir, beynəlxalq əlaqələrə dair mühakimə haqqı yoxdur", H.Ruhani

İran prezidenti Həsən Ruhani 2015-ci ildə imzalanan nüvə müqaviləsinin yenilənmə fikrini müdafiə edən ABŞ-lı və fransalı həmkarlarını tənqid etdi.

"Tramp bir tacirdir, beynəlxalq əlaqələrə dair mühakimə haqqı yoxdur", H.Ruhani

   Fransa prezidenti Emmanuel Makron rəsmi səfərdə olduğu ABŞ-da ölkə başçısı Donald Trampla görüşündə Avropa İttifaqının İranla nüvə müqaviləsinin dəyişdirilməsi və ABŞ-la birlikdə yeni bir müqavilə üzərində işləmək istədiyini bildirmişdi.

  H.Ruhani İran dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı deyib: “Onlar Avropanın 7 dövlətinin imzaladığı müqavilə haqqında yeni qərar vermək istədiklərini deyirlər. Nə üçün? Hansı haqla?.. Müqaviləni dəyişmək dəlilikdir. ABŞ prezidenti İrana qarşı sanksiyalara geri dönmək istəyir… Trampın nə siyasi, nə hüquqi, nə də beynəlxalq müqavilələr mövzusunda heç bir keçmişi yoxdur. Necə olur ki, bir tacir, bir inşaatçı, göydələn tikən beynəlxalq əlaqələr haqqında mühakimə yürüdür?

  Müqaviləni imzalayan digər ölkələr - İngiltərə, Rusiya, Çin və Almaniya razılaşmanın qorunmasını istəyir.

  Almaniya kansleri Angela Merkelin də bu həftə Trampla bu məsələ barədə danışacağı gözlənilir.

  Qeyd edək ki, nüvə müqaviləsi İran və P5+1 ölkələri arasında (Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Çin, Fransa, Rusiya, Almaniya) 2015-ci ildə imzalanıb.



Әlaqәli Xәbәrlәr