İsrail əsgərlərinin sәrt müdaxilәsi nәticәsindә 56 fәlәstinli dә yaralandı

Bu barәdә Qәzzadakı Fәlәstin Sәhiyyә Nazirliyinin sözçüsü Әşrәf әl-Kudra mәlumat verib.

İsrail əsgərlərinin sәrt müdaxilәsi nәticәsindә 56 fәlәstinli dә yaralandı

İsrail әsgәrlәrinin  Qәzza zolağında aksiya keçirәn fәlәstinlilәrә sәrt müdaxilәsi nәticәsindә 56 fәlәstinli yaralanıb.

Bu barәdә Qәzzadakı Fәlәstin Sәhiyyә Nazirliyinin sözçüsü Әşrәf әl-Kudra mәlumat verib.

Әşrәf әl-Kudra İsrail әsgәrlәrinin fәlәstinlilәrә gözyaşardıcı qaz,  plastik vә hәqiqi güllә ilә  müdaxilә etdiyini vurğulayıb.

Qeyd edәk ki, İsrail əsgərlərinin Qəzza zolağında  Amerika Birləşmiş Ştatlarının səfirliyini Qüdsə köçürməsinə etiraz bildirən nümayişçilərə atəş açması nəticəsində 62 fәlәstinli şәhid olub, 3 mindәn çox fәlәstinli isә yaralanıb.



Әlaqәli Xәbәrlәr