• Video Qalereya

"Yunker Avropadan ofisimə o qədər sürətlə gəldi ki..." D.Tramp

ABŞ prezidenti Doland Tramp və Polşa prezidenti Anjey Duda (Andrzej Duda) Ağ Evdə görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edib.

"Yunker Avropadan ofisimə o qədər sürətlə gəldi ki..." D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp başda çağırışlarına cavab verməyən Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunkerin (Jean Claude Juncker) ABŞ-ın milyonlarla maşına vergi gətirmə qərarından sonra ofisinə gəlmə sürətinə təəccübləndiyini söyləyib.

  "Biz dünyanın daxılıyıq, hər kəs bizi soydu" deyən D.Tramp Aİ-nın avtomobillərə gömrük vergisinin qarşısını almaq üçün ticarət danışıqlarına razı olduğunu söyləyib.

  ABŞ prezidenti Dolanl Tramp və Polşa prezidenti Anjey Duda (Andrzej Duda) Ağ Evdə görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edib.

  Ticarət siyasətinə dair sualla əlaqədar D.Tramp deyib: “Gömrük tariflərinin ticarət kəsirini salması zaman alacaq. Çinə qarşı tədbirləri tezliklə başlayırıq. Avropa İttifaqı da Çin kimi ABŞ-ı sui-istifadə edir. Bu proses də bir az zaman alacaq. Aİ bizimlə danışmırdı. Əvvəlki prezident Obama ilə danışmırdılar. Avropa İttifaqı Komissiyasının sədri J.K.Yunkeri ABŞ-la ticarət fəaliyyətlərini yenidən müzakirə etmək dəvət etdik, o istəmədi. Üç təklifdən sonra belə qəbul etmədi. Mən də “Artıq müzakirə etmək məcburiyyətində deyilik. Sizin ABŞ-a göndərdiyiniz milyonlarla maşına vergi qoyacağıq” dedim. Bundan sonra Yunker Avropadan ofisimə o qədər sürətlə gəldi ki, belə sürətli təyyarələri olduğunu bilmirdim. Beləliklə, Avropadan gətirilən avtomobillərə vergi təhdidindən sonra razılaşma əldə etdik… Meksika ilə də ticarət müqaviləsini sona açtdırdıq. Hər iki tərəf üçün mükəmməl bir saziş əldə etdik. Əvvəl təktərəfli bir anlaşma idi, indiki hər iki tərəf üçün yaxşı razılaşma oldu. Buna şadıq".



Әlaqәli Xәbәrlәr