• Video Qalereya

ABŞ-da qasırğa nəticəsində ölənlər olub

ABŞ-ın cənub-şərq sahillərində təsirli olan "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

ABŞ-da qasırğa nəticəsində ölənlər olub

ABŞ-ın cənub-şərq sahillərində təsirli olan "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Florida ştatına bağlı Qadsden şəhərinin polis bölməsindən yayılan məlumata görə, tropik fırtınaya səbəb olan "Maykl" qasırğası nəticəsində şəhərdə 4 nəfər ölüb.

Corciya ştatının Seminole şəhərində isə üzərinə ağaç devrilən bir uşaq həyatını itirib.

ABŞ-ın Milli Qasırğa Mərkəzi bəyanat yayaraq Cənubi Karolina ştatının şimal-şərqi tropik qasırğanın təsiri altında olduğunu bildirib.

Ayrıca Vircinya və Şimal və Cənub Kalorila ştatlarında ani daşqınlar ola biləcəyinə dair xəbərdarlıq edilib.  

Qasırğa səbəbindən Alabama, Corciya və Florida ştatlarında təqribən 800 min adam elektiriksiz qalıb.

Qasırğa Floridanın son 100 ildə gördüyü, ABŞ-ın isə 1992-ci ildə baş verən “Andrev” qasırğasından sonra qurudakı ən şiddətmi qasırğa olaraq dəğərləndirilir.

Qeyd edək ki, "Maykl" qasırğası Karib dənizində tropik fırtına olaraq başladı, bazarertəsi günü qasırğaya çevrildi.



Әlaqәli Xәbәrlәr