ABŞ Müdafiə Nazirliyi “F-35”lərin uçuşlarını dayandırdı

ABŞ Müdafiə Nazirliyi  “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırdığını açıqladı.

ABŞ Müdafiə Nazirliyi “F-35”lərin uçuşlarını dayandırdı

ABŞ Müdafiə Nazirliyi  “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırdığını açıqladı.

Birgə Hücum Proqramının sözçüsü Co Dellavedova həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşündüklərini, ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələrinin yoxlanılacağını bildirib.

Sözçü prosesin 24 saatdan 48 saatadək tamamlanacağını gözlədiklərini ifadə edib.

Bu arada, İsrail ordusu ölkədəki bütün F-35 qırıcılarında yoxlama aparacaq.
Buna səbəb ötən ay Şimali Karolina ştatında F-35 təyyarəsinin qəzaya uğramasıdır.
İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikom Norkinin bununla bağlı əmr verdiyi deyilir.
Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı.



Әlaqәli Xәbәrlәr