Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Misir prezidenti Әbdülfәttah әs-Sisinin fәrmanı ilә ölkәdә  fövqәladә vәziyyәt rejimi üç ay müddәtinә uzadılıb.

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Misir prezidenti Әbdülfәttah әs-Sisinin fәrmanı ilә ölkәdә  fövqәladә vәziyyәt rejimi üç ay müddәtinә uzadılıb.

Misirin  rәsmi qәzetinin yaydığı xәbәrә әsasәn,  prezident Sisi  ölkәdә 2017-ci ilin aprel ayından etibarәn tәtbiq olunan fövqәladә vәziyyәt rejiminin üç ay  müddәtinә uzadılması ilә bağlı qәrar qәbul edib.

Qәrarın ölkәdә yaşanan tәhlükәsizlik problemlәrinә görә qәbul edildiyi bildirilir.

Qeyd edәk ki, fövqәladә vәziyyәt rejiminin üç ay uzadılmasına dair qanun layihәsi  mәclisә tәqdim olunub.

Qanun layihәsi parlament tәrәfindәn tәsdiq olunduqdan sonra qüvvәyә minәcәk.

Misirin İskәndәriyyә vә Tanta şәhәrlәrindә 2017-ci ilin aprel ayında terror tәşkilatı tәrәfindәn  törәdilәn terror aktları nәticәsindә 45 nәfәr hәlak olmuşdu, 125 nәfәr dә xәsarәt almışdı.

Misirdә fövqәladә vәziyyәt rejimi әn son  iyulun 14-dә uzadılmışdı.



Әlaqәli Xәbәrlәr