• Video Qalereya

Aleksandr Novak: "Danışıqlar "twitter" vasitəsilə verilən siyasi bəyanatlarla aparılmaz"

Rusiyanın Energetika naziri Aleksandr Novak Neft İxrac Edən Ölkələr Təşkilatı ilə (OPEK) bu təşkilata daxil olmayan bəzi ölkələr arasında aparılan danışıqların bazar şərtləri əsasında aparıldığını qeyd etdi.

Aleksandr Novak: "Danışıqlar "twitter" vasitəsilə verilən siyasi bəyanatlarla aparılmaz"


Rusiyanın Energetika naziri Aleksandr Novak Rusiyanın Sankt - Peterburq şəhərində jurnalistlərlə görüşü zamanı Neft İxrac Edən Ölkələr Təşkilatı ilə (OPEC) ilə bu təşkilata daxil olmayan bəzi ölkələr arasında Avstriyanın paytaxtı Vyanada davam edən danışıqları dəyərləndirdi.
 
 Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Trampın Vyanadakı görüş ərəfəsində sosial şəbəkə "Twitter" vasitəsilə gələn il neft hasilatının azaldılmaması ilə bağlı çağırışını şərh edən Novak: "OPEC ilə bu təşkilata daxil olmayan bəzi ölkələr arasındakı müzakirələr bazar şərtləri əsasında aparılır. Bu danışıqlar sosial şəbəkə "twitter" vasitəsilə verilən siyasi bəyanatlarla aparılmaz" deyə danışdı.
 
 Vyanada bu gün başlayan OPEC toplantısında hasilatın azaldılmasına dair müqavilənin gələcəyi müzakirə edilir. Toplantıda neftin gündəlik 1-1,5 milyon barrel daha az hasil edillməsinə dair qərarının qəbul edilməsi  gözlənilir.
 
Toplantıdan əvvəl mətbuatda Rusiyanın OPEC-in tələb etdiyi nisbətdən daha az neft istehsal etmək istədiyi barəsində xəbərlər yayılmışdı.



Әlaqәli Xәbәrlәr