• Video Qalereya

ATƏT-in 25-ci Nazirlər Şurasının İclası başladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Nazirlər Şurasının Toplantısı çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminqer (Thomas Greminger) ilə bir araya gəldi.

  ATƏT-in 25-ci Nazirlər Şurasının İclası İtaliyanın Milan şəhərində başlayıb.

  Təşkilatın baş katibi T.Qreminqerin nümayəndələri qarşılamasından sonra dəyirmi masa toplantısı olub.

  M.Çavuşoğlu toplantının açılışından əvvəl ATƏT-in baş katibi T.Qreminqerlə mətbuata qapalı görüş keçirib.

  Milan Konqres Mərkəzində 2 gün davam edəcək iclasda ATƏT-in qarşı-qarşıya olduğu aktual təhdid və problemlər müzakirə ediləcək.

  Ukrayna və Donbas bölgəsindəki münaqişələr, Dağlıq Qarabağ probleminin müzakirə olunacağı tədbirdə 44 ölkənin xarici işlər nazirləri, 11 ölkənin xarici işlər naziri müavinləri və beynəlxalq təşkilatlardan 10 nümayəndə iştirak var.

Әlaqәli Xәbәrlәr