Serbiya Kosovonun nizamlı ordu qurma fikrindən narahatdır

Serbiyanın Baş naziri Ana Brnabic Kosovonun nizamlı ordu qurmasının Belqradın hərbi müdaxiləsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi.

kosova asker.jpg

Serbiyanın Baş naziri Ana Brnabic Kosovonun nizamlı ordu qurmasının Belqradın hərbi müdaxiləsinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi.
 
 Brnabiç mətbuata verdiyi açıqlamada: "Ümid edirəm ki, ordumuza heç vaxt bu növ müdaxilə əmri vermərik. Lakin bu, bir etnik təmizlənməni kənardan seyr etməmək üçün masada olan variantlardan biridir" ifadəsini işlətdi.
 
 Kosovo parlamenti 14 dekabr tarixindəki iclasında yüngül silahlarla təchiz edilmiş 4 min nəfərdən ibarət  hərbi birliklərin nizamlı orduya  çevrilməsi üçün səsvermə keçiriləcək.
 
 Serbiya siyasətçiləri bu növ nizamlı ordunun qurulması halında Kosovoda qalan serb azlığın bu hərbi birliklər vasitəsilə zorla deportasiya ediləcəyi tezisini daima gündəmə gətirirlər.
 
 Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının dəstəyini  almağa çalışan Kosovo rəsmiləri isə verdikləri bəyanatlarda buna qarşı çıxırlar.
 
 Qeyd edək ki, Serbiyadan 17 fevral 2008-ci ildə ayrılaraq birtərəfli müstəqilliyini elan edən Kosovo 100-dən çox ölkə tərəfindən tanınıb.
 
 Serbiya hələ də öz torpağı olaraq gördüyü Kosovonu müstəqil dövlət kimi tanımasa da, Avropa İttifaqının vasitəçiliyi ilə davam etdirilən dialoq prosesi çərçivəsində kosovolu rəsmilərlə masaya oturur.
 
 Serbiya ilə Kosovo arasında 19 aprel 2013-cü ildə Belçikanın paytaxtı Brüsseldə Aİ və beynəlxalq ictimaiyyət tərəfindən tarixi müqavilə olaraq səciyyələndirilən "İki Ölkə Arasında Münasibətlərin Normallaşdırılması Müqaviləsi" imzalanıb.



Әlaqәli Xәbәrlәr