Ukrayna Rusiya ilə arasında olan müqaviləni ləğv etdi

Ukrayna parlamenti  Rusiya ilə qəbul edilən Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq müqaviləsini ləğv etdi.

Ukrayna Rusiya ilə arasında olan müqaviləni ləğv etdi

Ukrayna parlamenti  Rusiya ilə qəbul edilən Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq müqaviləsini ləğv etdi.

Ukrayna prezidenti Petro Poroşenkonun müqavilənin ləğvi üçün parlamentə təqdim etdiyi layihə ümumi iclasda 331 millət vəkilinin 277-nin müsbət səsilə qəbul edildi.

Qərar layihəsinə görə Ukrayna ilə Rusiya arsındakı dostluq müqaviləsi 2019-cu il aprelin 1-dən tutmuş qüvvədə olmayacaq.

Ukrayna prezidenti Poroşenko 17 sentyabrda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə həmin müqaviləyə son qoyulması ilə bağlı qərarı imzalamışdı.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 1 may 1997-ci ildə imzalanan müqavilə iki ölkə arasındakı əlaqələrin təməl sazişlərindən biri kimi qəbul edildikdə, iki ölkəni həmin zamanda “strateji tərəfdaş” kimi də təsvir edirdi.



Әlaqәli Xәbәrlәr