TUSAŞ yeni nəsil xəbərləşmə peykləri üçün addımlar atır

Test modeli istehsalına başlanan “Türksat 6A” peykindən sonra yeni nəsil xəbərləşmə peykləri üçün addımlar atılır.

TUSAŞ yeni nəsil xəbərləşmə peykləri üçün addımlar atır

Türk Havaçılıq (aviasiya) və Fəza Sənaye AŞ (TUSAŞ/TAİ) test modeli istehsalına başlanan “Türksat 6A” peykindən sonra yeni nəsil xəbərləşmə peykləri üçün addımlar atır.

Türkiyə “Türksat 6A” ilə xəbərləşmə pəykini özü istehsal edə bilən 10 ölkə arasına daxil olacaq. Bununla beynəlxalq terminologiyada “Small-GEO” olaraq adlandırılan “Yeni Nəsil Xəbərləşmə Peyki” layihəsi ilə əlaqəli ilkin fəaliyyətlərə başlanılıb. TUSAŞ “Türksat 6A” və “Göktürk” və yerə nəzarət peyklərindən əldə edilən təcrübələrlə “Small-GEO” peykini buraxaraq önəmli layihəyə imza atacaq.   

“Small-GEO” ilə əlavə dəyəri xeyli yüksək olan kosmos sistemləri sahəsində ölkə daxilində və ölkə xarici peyk opəratorlarına eyni anda cavabdəh olacaq təxniki xüsusiyyətlərdə bir sistemlə əlaqəli ilkin fəaliyyətlər aparılacaq.

“Small-GEO” peykində bir fırladıcıya birdən artıq xəbərləşmə peyki quraşdırılaraq fırlatma xərcinin azaldılması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr