Türk professor mükafata layiq görüldü

İranda təşkil edilən və İslam dünyasının Nobeli kimi məşhurlaşmış “Mustafa mükafatı”na London İmperial Collegedə vəzifəli türk prof Sami Ərol Gələnbə layiq görüldü.

Türk professor mükafata layiq görüldü

İranda təşkil edilən və İslam dünyasının Nobeli kimi məşhurlaşmış “Mustafa mükafatı”na London İmperial Collegedə vəzifəli türk prof Sami Ərol Gələnbə layiq görüldü.

Bilgisayar şəbəkələri və sistemləri ilə onların riyaziyyatla bağlı analizlərilə əlaqəli fəaliyyətlərinə görə mükafata layiq görülən türk elm xadimi həmçinin 500 min dollarlıq pul da qazanıb.

Fəaliyyətlərini bilgisayar, elektron mühəndislik və tətbiqi riyaziyyat sahələrində davam etdirən prof. Gələnbə “Mustafa mükafatı” ilə əlaqəli deyib ki, İranın etmək istədiyi aydındır. Bu İslam aləminin Nobel mükafatıdır. İslam aləminin Nobeli deyilə bilər, amma İran bundan əlavə addımlara nəzər salır.  

İki ildən bir təqdim edilən “Mustafa mükafatı” elm və texnologiya sahəsində İslam dünyası elm adamı və araşdırmaçılarına təqdim edilir.

Təşkilatçılar bu dövr 31 ölkədən cəmi 241 əsəri qiymətləndirmək üçün seçim etdiklərini, tədqiqatlardan sonra Türkiyə və İrandakı iki əsərin mükafata layiq görüldüyünü açıqlayıblar.

Türk professorla yanaşı iranlı elm adamı Məhəmməd Əmin Şükrullah informasiya nəzəriyyəsindəki fəaliyyətlərinə görə mükafat qazanıb.

İki elm xadiminə mükafatları Tehrandakı Vəhdət konfrans salonunda təşkil edilən mərasimdə təqdim olunub.



Әlaqәli Xәbәrlәr