Stokholmda “Nobel həftəsi”

Həftə çərçivəsində laureatların mühazirələri təşkil olunacaq, dekabrın 10-da isə mükafatlar təqdim ediləcək.

Stokholmda “Nobel həftəsi”

Bu gündən Stokholmda “Nobel həftəsi” başlanır. Həftə çərçivəsində laureatların mühazirələri təşkil olunacaq, dekabrın 10-da isə mükafatlar təqdim ediləcək.

2017-ci ildə Nobel mükafatı nominantları arasında 11 şəxs və bir təşkilat var.

“Nobel həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin planına görə, dekabrın 7-də fiziologiya və təbabət üzrə Nobel mühazirəsi oxunacaq. Bu il həmin mükafatın laureatları Amerika alimləri Ceffri Holl, Maykl Yanq və Maykl Rosbaşdır. Elə həmin gün ədəbiyyat üzrə laureat, ingilis yazıçısı Kadzuo İsiquro mühazirə ilə çıxış edəcək.

Dekabrın 8-də kimya Nobel mükafatı laureatları – Jak Düboşe (İsveçrə), İokim Frank (ABŞ) və Riçard Hendersonun (Böyük Britaniya), habelə fizika üzrə Nobel mükafatı laureatları - Amerika fizikləri Rayner Vayss, Kip Torn və Barri Berişin Nobel mühazirələri dinlənəcək.

İqtisad elmləri sahəsində Nobel mükafatı laureatı Riçard Talerin (ABŞ) mühazirəsi də dekabrın 8-nə təyin olunub.

Dekabrın 9-da isə Nobel həftəsi çərçivəsində “Həqiqətin gələcəyi” adlı dialoq planlaşdırılıb.

Qeyd edək ki, cari il Nobel Sülh Mükafatı nüvə silahının məhv edilməsi uğrunda beynəlxalq şirkətə (İCAN) təqdim edilib. Bu mükafatın laureatları dekabrın 10-da mühazirə ilə çıxış edəcəklər.



Әlaqәli Xәbәrlәr