Volkswagen AG (VW), loqosunu dəyişdirir

Dünyanın nəhəng avtomobil şirkətlərindən Volkswagen AG (VW), loqosunu dəyişdirir.

Volkswagen AG (VW), loqosunu dəyişdirir

2012-ci ildə loqosunu yeniləyən Volkswagen son dövrlərdə elektrik enerjisi ilə işləyən avtomobil texnologiyası və modelləri üçün ciddi investsiya qoyur.

Yeni loqo 2019-cu ildən şirkətin elektrik enerjisi ilə işləyən avtomobil modellərində istifadə ediləcək.

Qeyd edək ki, şirkət 2025-ci ilə dək, Samsung, LG Chem  də  daxil  bir çox tədarükçü ilə müqavilələr əsasında 3 milyon elektrikli avtomobili buraxmağı planlaşdırır. Şirkət bu layihə üçün 25 milyard dollar ayırıb. Tərkibində Audi, Skoda, Seat, Lamborghini, Porsche, Bugatti və Bentley kimi firmalar  olan Almaniya avtomobil şirkəti Volkswagen 2030-cu ilə qədər 300 modelin hər birinin elektrikli versiyasını buraxacaq.



Әlaqәli Xәbәrlәr