• Video Qalereya

Hollandiya heyvansız tibbi təcrübələrin genişləndirilməsini planlaşdırır

Ölkədə çıxan “AD” qəzetinin xəbərinə görə, 2016-cı ildə ölkədə təxminən 450 min heyvan üzərində təcrübə həyata keçirilib və istifadə edilən heyvanların 90 faizi ölüb.

Hollandiya heyvansız tibbi təcrübələrin genişləndirilməsini planlaşdırır

 Hollandiya 2025-ci ildən etibarən heyvansız tibbi təcrübələrin genişləndirilməsi planlaşdırılır.

  Ölkədə çıxan “AD” qəzetinin xəbərinə görə, 2016-cı ildə ölkədə təxminən 450 min heyvan üzərində təcrübə həyata keçirilib və istifadə edilən heyvanların 90 faizi ölüb.

  Hollandiya hökuməti meymunların tibbi təcrübələrdə istifadəsinə tezliklə son verilməsini qərarlaşdırıb. Bu çərçivədə Avropanın ən böyük araşdırma mərkəzlərindən olan “Rijswijk Biomedikal Primat”dakı (BPRC) meymun təcrübələrinin ilkin olaraq 40 faizə endirilməsi istənilib.

  Alimlərin sözlərinə görə, ciddi səy sərf edilərsə, heyvansız elmi təcrübələr mümkün və uğurlu ola bilər. Eyni zamanda, süni dəri və kompüter simulasiyası kimi alternativ təcrübələrlə heyvanlara duyulan ehtiyac minimuma endirilə bilər.



Әlaqәli Xәbәrlәr