OSIRIS-REx “Bennu” asterodinə çatdı

NASA, OSIRIS-REx Kosmik aparatın, Yer kürəsi üçün potensial təhlükə hesab edilən “Bennu” asteroidinə çatdığını bildirib.

OSIRIS-REx “Bennu” asterodinə çatdı

NASA-dan yayılan məlumata görə, OSIRIS-REx diametri 500 metr olan Bennuya iki il ərzində çatıb. Bennuya çatmaq üçün 2 milyard kilometr yol qət edən OSIRIS-REx meteoritdən bəzi nümunələr götürəcək.

NASA-nın kosmik aparatının toplayacağı nümunələrin günəş sistemiylə əlaqəli sirləri aydınlaşdırması gözlənilir.

OSİSİS-REx kosmik stansiyasının Yerə 2023-cü ilin sentyabrında qayıdacağı planlaşdırılıb.

 



Әlaqәli Xәbәrlәr