• Video Qalereya

Tehran hər il 25 santimetr çökür

İranın paytaxtı Tehranın metropol yaşayışının 10 faizi və şimal-qərb çölünü içinə alan sahə hər il orta hesabla 25 santimetr çökür.

Tehran hər il 25 santimetr çökür

  İran Tikinti və Yaşayış Araşdırmaları Mərkəzinin alimləri "Nature" jurnalında dərc etdikləri məqalədə paytaxt Tehran və ətrafının çökməsinə dair araşdırmalarını bölüşüb.

  2003-2017-ci illər arasında peyk fotoşəkillərini araşdıran İran alimləri şəhər mərkəzinin 10 və şimal-qərbini əhatə edən bölgənin hər il 25 santimetr yerə batdığını müəyyən edib.

  Ani batma nəticəsində şəhərdəki yol və binalarda çatlar, kənd yerlərində isə torpaqda dərin çuxurlar əmələ gəldiyi qeyd olunub. Tehran yaxınlığında bu şəkildə açılan bir çuxura düşən əkinçi saatlarla yerin altında qalmalı olub.

  Həmçinin yağış sularının tarla kənarlarında dərin gölməçələr əmələ gətirməsi şumlanmış torpağın kifayət qədər suvarılması və məhsul əldə edilməsinə mənfi təsir göstərdiyi bildirilib.

  Alimlər bölgədə yer çökməsi səviyyəsinin artmasını artan əhalinin tələbatını ödəmək üçün tikilən bəndlər, periodik qıtlıqlar və qaçaq su quyuları, bütün bunların yeraltı sularının tükənməsinə səbəb olması ilə izah edir.

  Yeraltı su yataqlarının batma və uçqunlarla dolması yenilənmə imkanlarını azaldır.

  Qeyd edək ki, 15 milyon əhalisi olan Tehran Asiya qitəsinin ən böyük metropol şəhərlərindən biri sayılır.



Әlaqәli Xәbәrlәr