İnsan genlərini redaktə etdiyini iddia edən çinli alim yoxa çıxdı

Çində körpələrin genetikasını redaktə etdiyi iddiası ilə gündəmə gələn elm adamı Hı Cienkuinin apardığı tədqiqatlar haqqında məlumat verdiyi konfransdan sonra yoxa çıxdığı bildirildi.

İnsan genlərini redaktə etdiyini iddia edən çinli alim yoxa çıxdı

Çində körpələrin genetikasını redaktə etdiyi iddiası ilə gündəmə gələn elm adamı Hı Cienkuinin apardığı tədqiqatlar haqqında məlumat verdiyi konfransdan sonra yoxa çıxdığı bildirildi.
 
 Cienkui Hı ekstrakorporal hamiləlik üçün müalicə alan 7 cütlüyün embrionlarının DNT-lərində gen tənzimləmə üsulu ilə dəyişiklik etdiyini, genləri redaktə olunmuş ilk əkiz qızların bu ay dünyaya gəldiyini iddia etmişdi.
 
 "ABC News'in Hong Kong" qəzetinin "Apple Daily"ə istinadən yaydığı xəbərdə Hının keçən həftə Honq Konq Xüsusi İnzibati Bölgəsində iştirak etdiyi İnsan Genomunun Tənzim Olunması Üzrə İkinci Beynəlxalq Konfransda apardığı tədqiqatın təqdimatından sonra yoxa çıxdığı və harada olduğunun bilinmədiyi qeyd olunur.
 
 Hının nəzarətə götürələrək Şıncın şəhərinə aparıla biləcəyi və işlədiyi Cənubi Elm və Texnologiya Universitetinin (SUST) şəhərciyində ev dustağı ola biləcəyi ilə bağlı təxminlər irəli sürülür.
 
 Universitetin ictimaiyyətlə əlaqələr ofisinin sözçüsü  ali məktəbin hazırda Hı Cienkui ilə bağlı hər hansı bir suala cavab vermədiyini bildirib, Hının harada olduğu haqqında şayiələrlə əlaqədar də bir şərh verməyib.
 
 Sözçü: "Yeni məlumatlar olduqda, universitetin rəsmi internet saytı, və ya "Wechat" hesabı vasitəsilə xalqı məlumatlandıracağıq" deyib.
 
 Çinin Elm və Texnologiya naziri Şü Nanping noyabrın 29-da dövlət televiziyası CCTV-yə verdiyi müsahibədə bu ayın əvvəlində doğulan əkiz qız körpələrinin genetikasının redaktəsinin aparıldığı elmi-tədqiqat laboratoriyasının fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirmişdi.
 
 Nazirliyin insan geninin redaktəsinin qəti əleyhinə olduğunu qeyd edən Şü qrupun fəaliyyətlərini "qeyri-qanuni və qəbul edilməz" kimi səciyyələndirərək, bununla bağlı istintaq işinin açılmasına dair  göstəriş verdiyini ifadə etmişdi.
 
 Çin Milli Səhiyyə Komissiyası noyabrın 27-də iddialar əsasında təhqiqata başlamışdı.
 
 Genetikanın redaktəsi iddiası elm dünyasında da reaksiyalara səbəb olmuşdu.
 
 Dünya Səhiyyə Təşkilatı dekabrın 3-də Çində  elm adamının körpələrin genetikasını redaktə etdiyi iddiasından sonra genetik tənzimləmələri araşdırmaq üçün bir heyət təşkil ediləcəyini bildirmişdi.
 
 Genetikası dəyişdirilən uşaqlar və onların valideynləri barəsində heç bir məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr