UEFA Avropa liqasında çempion sabah bəlli olacaq

Final mərhələsindǝ Fransanın Olympique Marseille komandası ilə İspaniyanın Atletiko Madrid komandası qarşılaşacaq.

UEFA Avropa liqasında çempion sabah bəlli olacaq

16 Mayda Fransanın Lyon şəhərində oynanacaq matç, Türkiyə vaxtıyla saat 21.45 başlayacaq. Qarşılaşmanı Hollandiyalı hakim Björn Kuipers idarə edəcək.

Atletiko Madridin Argentinalı texniki direktoru Diego Simeone, dörd oyun cəzalı  olduğu  üçün final qarşılaşmasını tribündən darə edəcək.

Qeyd edək ki, Marsilya yarı finalda Salzburqu, Atletico Madrid isə Arsenalı məğlub edərək finala vəsiqə qazanmışdı.



Әlaqәli Xәbәrlәr