Bu gün Rusiyada futbol üzrə XXI Dünya Çempionatı başlayır

Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

Bu gün Rusiyada futbol üzrə XXI Dünya Çempionatı başlayır

 

Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

 A qrupunda yarışacaq turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriləcək. 

 Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Türkiyə vaxtı ilə saat 18:00-da start götürəcək. Oyunda ədaləti  Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

 

DÇ-2018

I tur

A qrupu

Rusiya – Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu.

 

Qeyd edək ki, iyulun 15-də yekun vurulacaq dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.



Әlaqәli Xәbәrlәr