• Video Qalereya

"Qalatasaray" Çempionlar Liqasına qələbə ilə başladı

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verildi.

"Qalatasaray" Çempionlar Liqasına qələbə ilə başladı

 

Futbol üzrə Çempionlar Liqasında daha 3 qrupda 6 oyun keçirildi.

Yeganə təmsilçimiz "Qalatasaray" "Türk Telekom" stadionunda Rusiya çempionu "Lokomotiv"i darmadağın etdi - 3:0.

Hesabı 9-cu dəqiqədə Qari Rodriges açdı. 67-ci dəqiqədə Eren Derdiyok fərqi artırdı. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə penaltidən Selçuk İnan qoydu.

D qrupunun digər oyununda "Şalke" Almaniyada Portuqaliya "Portu"su ilə 1:1 hesablı heç-heçə etdi. Bu nəticələrdən sonra "Qalatasaray" 3 xalla vahid lider oldu.

C qrupunda İngiltərədə "Liverpul" Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazandı - 3:2. Qrupun digər görüşündə "Srvena Zvezda" Serbiyada İtaliya "Napoli"si ilə qolsuz heç-heçə etdi.

A qrupunda Avropa Liqasının son qalibi İspaniya "Atletiko"su səfərdə "Monako"nu 2:1, Almaniyanın "Borussiya" (Dortmund) komandası isə Belçikada "Brügge"ni 1:0 hesabı ilə məğlub etdi.

Çempionlar Liqası, I tur

18 sentyabr

A qrupu

23:00. "Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) - 1:2

Qol: Samüel Qransir, 18 - Dieqo Kosta, 32. Xose Ximenes, 45+1

23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:1

Qol: Kristian Pulişiç, 85

B qrupu

20:55. "İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:1

Qollar: Mauro İkardi, 86. Matias Vesino, 90+2 - Kristian Eriksen, 53

20:55. "Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) - 4:0

Qol: Lionel Messi, 32; 77; 87. Usman Dembele, 75

Qırmızı vərəqə: Samüel Yumtiti, 79 ("Barselona")

C qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) - 0:0

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 3:2

Qollar: Daniel Starric, 30. Ceyms Milner 36 (pen.). Roberto Firmino, 90+2 - Tomas Mönyö, 40. Kilian Mbappe, 83

D qrupu

23:00. "Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Bril Embolo, 64 - Otavio, 75 (pen.)

Dəqiq yerinə yetirilməyən penalti: Aleks Telles, 13 ("Portu")

23:00. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 3:0

Qollar: Qarri Rodriges, 9. Eren Derdiyok, 67. Selçuk İnan, 90+4 (pen.)
 



Әlaqәli Xәbәrlәr