Türk Hava Yollarının sərnişin sayı artdı

Türk Hava Yollarının (THY) sərnişin sayı keçən ay keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artımla 6 milyon 700 minə çıxıb.

Türk Hava Yollarının sərnişin sayı artdı

Türk Hava Yollarının (THY) sərnişin sayı keçən ay keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artımla 6 milyon 700 minə çıxıb.

THY-in məlumatına əsasən, 2017-ci ilin sentyabr ayında 6 milyon 700 min sərnişin daşındı. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım qeydə alındı, bu rəqəm 2015-cı ilin sentyabr ayı ilə müqayisədə 17 faiz, tələbdə isə 21 faiz oldu. THY-də tranzit sərnişinləri çıxmaqla isə ölkə xarici sərnişin sayında 30 faiz artım oldu.

THY sentyabr ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün bölgələrdə doluluq nisbətini artırdı; 10,3 faiz artımla Şimali Amerika, 6,3 faiz artımla isə Uzaq Şərq ən çox artım göstərən bölgələr olmuşdur.   Eyni ay daşınan yük və poçt həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artan THY-də yük daşımadakı bu böyüməyə ən çox töhfə verən bölgələr isə 44 faiz artımla Orta Şərq və 31 faiz ilə Avropadır.



Әlaqәli Xәbәrlәr