Azərbaycanda iki milyard ton neft hasil olunmasının sevinci yaşandı

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

Azerbaycan_petrol-1
Azerbaycan_petrol-3
Azerbaycan_petrol-4

Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

TRT-nin Bakı təmsilçiliyinin məlumatına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı etdiyi çıxışda Azərbaycanın neft sahəsində atdığı nəhəng addımları vurğulayıb. O deyib ki, Azərbaycanda ən müasir qazma qüllələri, platformaları inşa edilir, qara qızıl insan sərmayəsinə çevrilir. Azərbaycan nefti ölkəyə rifah, sabitlik və inkişaf gətirdi. Neft və qaz gələcəkdə də ölkənin inkişafına önəmli töhfə verəcəkdir.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.

 



Әlaqәli Xәbәrlәr