Azərbaycan Qaziantepdən 4 milyon dollarlıq ayaqqabı və başmaq idxal edib

Cari ilin yanvar-oktyabr ayı ərzində Türkiyənin Qaziantep şəhərindən 100 mln. dollarıq ayaqqabı və tərlik ixrac edilib.

Azərbaycan Qaziantepdən 4 milyon dollarlıq ayaqqabı və başmaq idxal edib

Türkiyə mətbuatında verilən məlumata görə, Azərbaycan Qaziantepdən ayaqqabı və başmaq idxal edən ölkələr siyahısında 6-cı, bu ixracda payı isə 4,1%-dir.

Belə ki, qeyd olunan dövrdə Türkiyənin ən böyük sənaye şəhərlərindən olan Qaziantepdən Azərbaycana 4,1 mln. dollarlıq ayaqqabı və başmaq ixrac olunub.

Qeyd edək ki, ən çox ayaqqabı və başmaq İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan və Rusiyaya ixrac edilib.

 

Mənbə: APA



Әlaqәli Xәbәrlәr