İran ilə İngiltərə  arasında neft razılaşması imzalanıb

İran, ölkənin cənub-qərbində yerləşən bir neft yatağından xam neft hasil  etmək  üçün Böyük Britaniya konsorsiumu ilə razılaşma imzalayıb.

İran ilə İngiltərə  arasında neft razılaşması imzalanıb

 İki ölkə arasındakı Müqavilə ilə bağlı imza mərasimi təşkil edilib. Mərasimə İranın Neft naziri Bijen Namdar Zəngənə, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Macaire və Perqaz baş direktoru Colin Rowley iştirak edib. 1.2 milyard dollarlıq Layihə həyata keçirildikdə, Kerenj neft yatağından sutka ərzində 200 min barel xam neft hasil ediləcəyi bildirilir.

İran rəsmi agentliyi İRNA-ya görə razılaşma “ABŞ nüvə razılaşmadan çıxdıqdan sonra, Avropanın Vaşinqton rəhbərliyi olmadan nüvə razılaşmasını qorumaq üçün atdığı ilk addım olaraq qəbul edilir”.



Әlaqәli Xәbәrlәr